00:02
(077) 610-22-33

İlham Əliyev Bolqarıstanın Baş naziri ilə geniş tərkibdə görüşdü

  • >
1 398 4 Mart 2015 17:48 | Siyasət

Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə geniş tərkibdə görüşü olub.



AZNEWS.AZ xəbər verir ki, görüşdə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilib.

Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfərinin iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi üçün önəmli olduğu vurğulanıb.
Ölkələrimizin energetika sahəsində, həmçinin "Cənub" qaz dəhlizi layihəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunub. Azərbaycan ilə Bolqarıstan arasında dostluq münasibətlərinin əlaqələrimizin daha da genişləndirilməsinə təkan verdiyi bildirilib.
Söhbət zamanı, həmçinin infrastruktur, sənaye, nəqliyyat, maliyyə, turizm, idman, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bağla X