06:48
(077) 610-22-33

Pakistan prezidenti bu gün Bakıya gəlir

  • >
1 487 11 Mart 2015 09:44 | Siyasət

Pakistan prezidenti Məmnun Hüseyn bu gün 4 günlük rəsmi səfərlə Azərbaycana gəlir.



AZNEWS.AZ xəbər verir ki, onun Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gəldiyi deyilir.

Pakistan prezidentini səfər çərçivəsində bir çox iş adamları və rəsmi şəxslər müşayiət edəcək.

Məmnun Hüseyn həmkarı İlham Əliyevlə görüşdə iqtisadi əməkdaşlıq, ticarət, təhsil, elm və mədəniyyət məsələlərini müzakirə edəcək.

Səfər çərçivəsində iki ölkənin rəsmiləri arasında biznes forum keçiriləcək.

Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistana etdiyi humanitar yardıma görə "Hilal-e Pakistan" ordeni verəcəyi gözlənilir.
Bağla X