Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasına rəsmi səfəri başlayıb. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasına rəsmi səfəri başlayıb.

Zakir Həsənov Xorvatiyada rəsmi səfərdə - FOTOLAR

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasına rəsmi səfəri başlayıb.



AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Xorvatiyanın Müdafiə Nazirliyində general-polkovnik Z.Həsənovun Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib.

Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.


Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.
image description image description image description