Mətbuatda Milli Şuranın 15 mart mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətə verilmiş cavab məktubunun surəti yayılıb. Mətbuatda Milli Şuranın 15 mart mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətə verilmiş cavab məktubunun surəti yayılıb.

BŞİH adlarından yayılan sənədi təkzib etdi: “Qeyri-rəsmidir”

Mətbuatda Milli Şuranın 15 mart mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətə verilmiş cavab məktubunun surəti yayılıb.



AXCP sədrinin müavini Fuad Qəhrəmanlının adına ünvanlanan məktubda mitinqə icazə verilmədiyi qeyd olunub.

Məsələ ilə əlaqədar BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovla əlaqə saxladıq.

O, AzNews.az-a açıqlamasında yayılan sənədin qeyri-rəsmi olduğunu bildirib:
"Milli Şuranın 15 mart mitinqi ilə bağlı BŞİH-ə göndərdiyi müraciət məktubunun cavabı hələ hazır deyil. Adımdan yayılmış sənəd qeyri-rəsmidir".

Qeyd edək ki, Milli Şura 15 mart tarixində Bakının "İnşaatçılar" metro stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda mitinq keçirilməsi üçün BŞİH-ə müraciət məktubu göndərib.