Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 12-də Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 12-də Şəhidlər xiyabanını ziyarət edib.

Məmnun Hüseyn Şəhidlər Xiyabanını ziyarət etdi

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 12-də Şəhidlər xiyabanını ziyarət edib.

AZNEWS.AZ xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Məmnun Hüseyn Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Ali qonaq "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.


Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.