Avropa Şurası Parlament Assmableyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri başlayıb. Avropa Şurası Parlament Assmableyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri başlayıb.

Robert Valterin Azərbaycana səfəri başladı

Avropa Şurası Parlament Assmableyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri başlayıb.



APA-nın məlumatına görə, iki günlük səfər Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədi daşıyır.

Səfər zamanı R. Valter Azərbaycan prezidenti İlham Əliyev, parlamentin sədri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov və müdafiə naziri Zakir Həsənovla görüşəcək. Onun Qaçqın və Məcburi Köçkünlərlə İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, eləcə də qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ məsələsi ilə məşğul olan vətəndaş cəmiyyəti üzvləri ilə görüşləri də planlaşdırılıb.