12:57
(077) 610-22-33

Baş nazir Azərbaycan ordusundan danışdı - Hesabat

  • >
1 641 17 Mart 2015 13:03 | Siyasət

“Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ötən il də heç bir nəticə verməyib”.



AzNews.az xəbər verir ki, Azərbaycan baş naziri Artur Rasizadə bu gün Milli Məclisdə hökümətin illik hesabatını təqdim edərkən belə deyib. O, Ermənistanın münaqişənin həllində tutuduğu mövqeyin mövcud status-kvonun saxlanmasına, məsələnin həllini qeyri-müəyyən müddətə uzadılmasına səbəb olduğunu vurğulayıb.

Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır: "Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur".

A.Rasizadənin hərbi quruculuq və milli ordu ilə bağlı məsələlərin bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində saxlanılmalı olduğunu bildirib: O, Silahlı Qüvvələrə Yardım Fonduna toplanılan könüllü ianələrin ilbəil artmasını Milli Orduya göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürü kimi qiymətləndirib.
Bağla X