Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

İlham Əliyev bp-nin baş icraçı direktoru ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.



AZNEWS.AZ xəbər verir ki, görüşdə Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlıqdan və "Şahdəniz" qaz yatağının işlənməsi üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq ifadə edilib.

Ötən il sentyabrın 20-də Bakıda "Cənub" qaz dəhlizinin, eləcə də Qarsda TANAP layihəsinin təməlinin qoyulmasının önəmi vurğulanıb, "Cənub" qaz dəhlizi layihəsi üzrə işlərin uğurla davam etməsinin əhəmiyyəti qeyd olunub. "Cənub" qaz dəhlizi layihəsinin bir hissəsi kimi TANAP-ın önəmi, bu layihələrdə bütün işlərin plan üzrə həyata keçirildiyi bildirilib.


Söhbət zamanı 2018-ci ildə "Şahdəniz-2" layihəsindən Türkiyəyə 6 milyard kubmetr əlavə qazın verilməsinin əhəmiyyəti qeyd edilib.

TAP layihəsi üzrə də işlərin uğurla davam etdiyi vurğulanıb, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirilib.

Görüşdə bp-nin TANAP layihəsinin səhmdarlarından biri olmasından məmnunluq ifadə olunub, digər layihələr üzrə də işlərin uğurla davam etdirildiyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
image description