08:58
(077) 610-22-33

“Azərbaycanlılar zəif yerimizi bilirlər” - Erməni “general”ın etirafı

  • >
5 873 24 Mart 2015 14:28 | Siyasət

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağın qondarma “qəhrəmanı”, “general-mayor” Arkadi Ter-Tadevosyan erməni ordusunun zəif olduğunu etiraf edib.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı "tert" saytı Arkadi Ter-Tadevosyana istinadən yayıb.

"General" bu gün jurnalistlərlə keçirdiyi görüşdə deyib ki, bu il Dağlıq Qarabağda müharibə olmayacaq, yalnız geniş masştabda provokasiyalar qeydə alınacaq.

"Azərbaycanlılar bizim zəif yerimizi bilirlər və hücum edirlər. Hər iki tərəfin çoxlu silahı var. Bu baxımdam ölənlərin sayı da çoxalır. Ancaq Qarabağın coğrafi mövqeyinə fikir versək görərik ki, azərbaycanlıların bu bölgəyə atdıqları 100 mərminin təsiri bizim onlara atdığımız 10 mərmidən az olacaq", - deyə Ter-Tadevosyan bildirib.

Erməni "general" mətbuat konfransında Rusiyanın Azərbaycana silah verməsi məsələsinə də toxunub: "Rusiya Azərbaycana silah verməsə, bu silahlar başqa ölkədən alınacaq. Bu, biznesdir. Ancaq hamı bilməlidir ki, Rusiya daha çox silahı Azərbaycana deyil. Ermənistana verir".

Qeyd edək ki, martın 19-da cəbhə xəttində ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib. Martın 22-də isə 1991-ci il təvəllüdlü Andranik Qriqoryan Azərbaycan əsgərlərinə təslim olub.
Bağla X