00:11
(077) 610-22-33

VHP üzvləri beynəlxalq Gənclər Forumunda iştirak ediblər - FOTO

  • >
1 832 29 Mart 2015 01:38 | Siyasət

Dünən Gürcüstan Parlamentində (Kutaisi) Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynadan olan fəal gənclərin iştirakı ilə III Gənclər Forumu işə başlayıb.


VHP mətbuat xidmətinin məlumatına görə, Forumda Azərbaycandan iqtidar və müxalifət partiyalarının gənc üzvləri iştirak ediblər. Tədbirin təşkilatçısı Niderlandın çoxpartiyalı demokratiya institutu, Böyük Britaniya və Niderlandın Tiflisdəki səfirlikləridir.

Tədbirdə Avropa İttifaqının komissarı Stefan Füle və Hollandiyanın siyasi partiyalarının üzvləri də iştirak edirlər. Forumun ikinci günündə VHP üzvü Samir Әsədli plenar sessiyada "Siyasi qərar vermə prosesində vətəndaş cəmiyyətinin rolu" mövzusunda məruzə edib. Hemçinin forumda VHP GT üzvü Elgiz Qəhraman da iştirak edib, Cənubi Qafqazda demokratikləşmə mövzusunda çıxış edib.

Forum 27-28 mart tarixlərində keçirilib və bu gün başa çatıb.

Qeyd edək ki, Azərbaycandan Forumun işinə 8 siyasi partiya təmsilçisi qatılıb.
Bağla X