16:50
(077) 610-22-33

Ağ bayraqlı Andranik qədər çəlimsiz Ermənistan - TƏHLİL

  • >
2 891 29 Mart 2015 10:36 | Siyasət

Rəsmi Bakının prinsipial və qətiyyəti siyasətinin nəticəsi:  İlham Əliyev hikkəli və boşboğaz erməni obrazından əsər-əlamət də qoymayıb



Bu gün Azərbaycanın regionda ən güclü Silahlı Qüvvələrə malik olması heç kəsə sirr deyil. Son il yarımdan bir qədər artıq vaxt ərzində, ordumuzun yeni rəhbərliyinin apardığı  islahatlar və ən əsası isə əsgərlərimizdə döyüş ruhunun qaldırılması sahəsində görülən əvəzsiz  işlər artıq öz bəhrəsini verməyə başlayıb.

Ordunun mənəvi-psixoloji durumu


Bu gün Azərbaycan əsgəri torpaqlarımızı işğalçılardan təmizləmək üçün döyüşə mənəvi-pisxoloji cəhətdən tam hazırdır. Bu çox vacib şərtdir. Tarix boyu dəfələrlə sınaqdan çıxıb ki, mənəvi-pisxoloji durumu yerində olan orduda qalibiyyət əhval-ruhiyyəsı hökm sürür.  Bu reallığı yaradan əsəs səbəb isə heç şübhəsiz ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin orduya göstərdiyi xüsusi diqqət və qayğıdır. Təsadüfi deyil ki, bu gün nəinki hərbi qulluqçular, ümumilikdə ölkə əhalisi Ali Baş Komandana güvənir, onun rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına böyük inam bəsləyir. Cəmiyyət görür ki, prezident Ordu xüsusunda ən xırda detallara belə həssaslıqla yanaşır, ordu quruculuğunu əsas prioritetlər sırasında saxlayır,  hərbi sənayenin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atır və ən nəhayət onun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll yolları ilə bağlı verdiyi bəyanatlar birmənalı şəkildə səmimiyyətə söykənir. Prezident İlham Əliyev problemin dinc yolla həlli yönündə bütün mümkün cəhdləri əsirgəmir və Dağlıq Qarabağa ən yüksək muxtariyyat vəd etməklə böyük güzəştə də hazır olduğunu açıq şəkildə bəyan edir, torpaqlarımız işğaldan azad olunacağı halda Ermənistanın regiondakı transmilli layihələrdən də yararlanmasının mümkünlüyünü dilə gətirir. Son 10 ilə nəzər salsaq, görərir ki, Azərbaycan Prezidentinin  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu mövqe dəyişməz qalıb, mahiyyət və xarakter etibarı ilə hər hansı dəyişiklik qeydə alınmayıb. Bəs bütün bunları Ermənistan tərəfinə də şamil etmək olarmı? Əlbəttə ki, yox. Ötən dövr ərzində Ermənistan hakimiyyəti dəfələrlə mövqe dəyişikliyi və qətiyyətsizlik nümayiş etdirib, məsələyə çığal üşaqlar kimi yanaşaraq böyük sülh sazişindən hər dəfə müxtəlif  bəhanələrlə imtina edib.

Prezidentin illər öncə dedikləri

Bu gün Ermənistan iqtisadi cəhətdən iflic vəziyyətə düşüb. Ermənistan hakimiyyəti bu ölkəni uzun illər özünə gələ bilməyəcək dərəcədə bərbad duruma salıb. Fakt odur ki, işğalçı ölkə bütün parametrlər üzrə Azərbayacana uduzur və indi biz bu üstünlüyümüzü daha qabarıq şəkildə göstərə bilirik.

Günü gündən boşalan, vətəndaşının adi tələbatlarını belə ödəyə bilməyən, ciddi və çoxtərəfli iqtisadi layihələrdən kənarda qalan, Rusiyanın tərkibindəki muxtariyyatlardan fərqlənməyən bir ölkə, aydındır ki, bu gedişlə daha ağır və faciəvi hallarla üzləşəməyə məhkumdur. Diqqət edək: məgər 5-6 il əvvəl Azərbaycan prezidenti Ermənistanı belə bir aqibət gözlədiyini demirdimi? Ermənistanın işğalçılıq siyasətindən əl götürməyəcəyi halda Azərbaycanın TƏCRİDETMƏ siyasətinin təsirləri altında inləyəcəyini illər öncə bəyan etmirdimi? Baxın, bu gün Rusiyadan başqa(Bunun da səbəbi məlumdur) hansı ölkənin Ermənistanla ciddi iqtisadi əlaqələri var? Xarici siyasətinə nəzər salaq: Normal əməkdaşlıq anlamında dəyərləndirilə biləcək hansısa nümunə varmı ortalıqda?  Bu gün Azərbaycanın nazirləri, nazir müavinləri, komitə rəhbərləri xarici ölkələrə daha çox rəsmi səfərlərə gedirlər, nəinki Ermnistan prezidenti. Vəziyyət o həddə çatıb ki, indi Ermənistanı üzv olduğu birliklərdə belə ciddiyə almır, onun mövqeyi ilə hesablaşmırlar. Avrasiya İttifaqındakı durumu göz qabağındadır. Bu birliyin təmsilçiləri üçün İttifaqdan kənardakı  Azərbaycanın mövqeyi, onun Prezidentinin fikirləri və tələbləri daha önəmlidir. Elə təkcə bu günlərdə  Birliyin Astanada keçirilmiş toplantısına Ermənistanın dəvət olunmaması bu ölkənin nə qədət əhəmiyyətsiz obyektə çevrildiyindən xəbər verir. Bax, budur rəsmi Bakının prinsipial və qətiyyəti siyasətinin nəticəsi. İlham Əliyev hikkəli və boşboğaz erməni obrazından əsər-əlamət də qoymayıb.

Ağ bayraqlı əsgər qədər çəlimsiz ölkə...


Bu gün erməni əsgəri öz tərəfindəki dərəbəyliyi görüb əlinə ağ bayraq götürərək Azərbaycan Ordusundan imdad diləyir. Andranik adlı həmin çəlimsiz əsgər Serj Sarksyandan fərqli olaraq situasiyanı dəqiq hesablayıb, hadisələrin inkişaf istiqamətini doğru müəyyənləşdirib və Azərbaycan Prezidentinin, "Ölmək istəmirsinizsə Ağdama, Füzuliyə getməyin, oturun öz yerinizdə" çağrışından düzgün nəticə çıxarıb. Şübhə etmirəm ki, Ermənistan ordusunda belə əsgərlər çoxdur və günlərin birində onlar da çıxış yolunu ağ bayraqda görəcəklər.

Bu gün Ermənstan dərin iqtisadi böhran içində olan Rusiyanın boynunda ağır yükə çevrilib. Bu ölkənin üzdə olan iri müəssisələrinin demək olar ki, hamısı Rusiya kompaniyalarına məxsusdur. Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyanın əyalətlrindən birinə çevrilən bu ölkənin, öz haqlı mövqeyindən bir addım da çəkilməyən, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirən Azərbaycanla hansısa müstəvidə müqayisə olunması belə mümkün deyil. Bizi nəinki Ermənistandan, çoxlarından fərqləndirən üstünlüyümüz isə azadlığımızdır, asılı olmamağımızdır, kimlərinsə təsiri altına düşməməyimizdir. Prezident İlham Əliyev bu xüsusda da çox dəqiq fikirlər səsləndirib: "Bu gün biz azadıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, ancaq müstəqillik dövründə  xalqımız yüksək zirvələrə çata bilər. Əgər bizim bütün tariximizə nəzərə salsaq, hazırkı dövr Azərbaycanın ən sürətli inkişaf dövrüdür".

Nazir səngərdən çıxmırsa...

Güclü iqtisadiyyat və qüdrətli Ordu yaratmaq istiqamətində uğurla irəliləyən Azərbaycan artıq dünyanın silah bazarına öz məhsullarını çıxarır. Bu gün nüfuzlu beynəlxalq hərbi araşdırma mərkəzlərinin hesabatlarında Azərbaycan ordusu dünyada son illər ərzində ən sürətlə inkişaf edən ordu kimi göstərilir. Ən vacib şərtlərdən biri isə ölkə əhalisinin əhval-ruhiyyəsidir ki, bu mənada da düşmən ölkə bizimlə müqayisə oluna bilməz. Müdafiə nazirimiz səngərlərdən çıxmırsa, əsgərlə bir süfrə arxasında oturaraq öz çörəyini bölüşürsə və deyirsə ki, "biz bir yerdə vuruşacağıq", deməli, bu əsgərin qarşısını heç kəs ala bilməz. Önündə Prezidentini, nazirini görən əsgər əlbəttə ki, gedib Zəngəzura da çıxar.


"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri

Professor Fikrət Yusifov
Bağla X