01:33
(077) 610-22-33

Oqtay Əsədov Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüşdü

  • >
909 31 Mart 2015 15:47 | Siyasət

Martın 31-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.



AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycanla Ukrayna arasındakı, siyasi, iqtisadi və digər sahələrdə mövcud olan əməkdaşlıqdan söhbət açıb. Sədr ölkələrimizin münasibətlərinin inkişafında qanunverici orqanların, parlamentlərarası dostluq qruplarının oynadığı rolu xüsusi qeyd edib.

Ali Radadakı işçi qrupun rəhbəri Roman Nəsirov təmsil etdiyi qrup haqqında məlumat verərək bildirib ki, 27 parlamentarinin daxil olduğu bu qrup yeni formalaşıb. Qrupun fəaliyyəti iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə yönəldilib.

x x x

Sonra işçi qrupun üzvləri Azərbaycanın GUAM Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə bildirilib ki, Azərbaycan ilə Ukrayna arasındakı dostluq əlaqələri qədim tarixə söykənir. Hər iki ölkənin parlamentariləri beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər.

Söhbət zamanı əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulanıb və bununla bağlı fikir mübadiləsi aparılıb.
image description image description
Bağla X