16:25
(077) 610-22-33

Nikita Mixalkov İlham Əliyevə xatirə hədiyyəsi verdi

  • >
1 056 1 Aprel 2015 16:12 | Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.



AZNEWS.AZ xəbər verir ki, Nikita Mixalkov Azərbaycana səfərindən dərin məmnunluq hissi keçirdiyini bildirib. Bakıda misli görünməmiş inkişafın şahidi olduğunu vurğulayan kinorejissor filmlərindən birinin epizodunun Bakıda çəkildiyini məmnunluqla xatırlayıb.

Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Nikita Mixalkov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlərin önəmini vurğulayaraq Ulu Öndərin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyin qurulması və möhkəmləndirilməsindəki rolunu xüsusi qeyd edib.

Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovun Azərbaycana səfərinin ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirib.

Azərbaycan Prezidenti ölkəmizdə mədəniyyətin, o cümlədən kinematoqrafiyanın inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini, Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması istiqamətində ardıcıl işlər aparıldığını da qeyd edib.

Görüşdə ölkələrimiz arasında mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Nikita Mixalkov Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
image description image description image description
Bağla X