16:35
(077) 610-22-33

Prezident Rövnəq Abdullayevə “Şöhrət” ordeni verdi

  • >
1 596 2 Aprel 2015 17:37 | Siyasət

R.İ. Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.


AZNEWS.AZ xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə Rövnəq İbrahim oğlu Abdullayev "Şöhrət" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

O, 9 dekabr 2005-ci il tarixdən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini icra edir.
Bağla X