Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb. Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.

Fəzail Ağamalı millət vəkilləri və jurnalistlərə çağırış etdi: “Xahiş edirəm...”

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.



AzNews.az verir ki, iclasın gündəliyinə 23 məsələ, bundan başqa, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı daxil edilib.

Spiker Oqtay Əsədovun iclası açıq elan etməsindən sonra millət vəkili Fəzail Ağamalı İlk Avropa Oyunları ilə bağlı aparılan anti-təbliğatlar barədə danışıb. O, oyunlar ərəfəsində anti-Azərbaycan qüvvələrinin qarayaxma kampaniyasına başladıqlarını qeyd edib.

Deputat deyib ki, bu cür şər və böhtan kampaniyası Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışına təsir göstərmək gücündə deyil. O bildirib ki, Azərbaycan bu cür beynəlxalq tədbirlərin öhdəsindən dəfələrlə çox uğurla gəlib.

F.Ağamalı vurğluyıb ki, bundan əvvəl də "Eurovision" yarışı ərəfəsində bu cür qara kampaniyalar var idi: "Ancaq biz həmin tədbirin də öhdəsindən uğurla gəldik. Sözsüz ki, bundan sonra da Azərbaycan hökuməti bu cür tədbirlərin öhdəsindən uğurla gələcək. Ancaq burada təəssüfedici məsələ odur ki, bəzi dairələr Azərbaycana qarşı şər və böhtan kampaniyası həyata keçirir".

F.Ağamalının sözlərinə görə, yerli anti-milli qüvvələr də bu qarayaxma kampaniyasını Azərbaycana daşıyır.

Deputat bu çirkli kampaniya ilə bağlı çağırış da edib: "Mən buradan bütün millət vəkilləri və media nümayəndələrinə səslənirəm və xahiş edirəm ki, Azərbaycana qarşı yönələn şər və böhtan kampaniyasına qarşı adekvat addımlar atsınlar".