16:35
(077) 610-22-33

Deputat qanunverici orqanı qanunsuzluqda ittiham etdi – Milli Məclis qarışdı

  • >
3 375 3 Aprel 2015 13:44 | Siyasət

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında deputatla birinci vitse spiker arasında ciddi mübahisə yaşanıb.


AzNews.az xəbər verir ki, mübahisə Milli Koordinatorunun hesabatının çox qısa müzakirəsiz qəbuluna və reqlament məhdudiyyətinə görə olub.

Deputatlar sözügedən məsələlərə etiraz ediblər. Millət vəkili Fazil Mustafa buna kəskin etiraz edərək son vaxtlar parlamentdə xoşəgəlməz ənənənin yarandığını bildirib:
"Burada insan alverinə qarşı mübarizə barədə hesabat oldu, imkan yaratmadınız ki, fikrimizi deyək Ardınca da bu qədər məsələ müzakirəsiz qəbul edilir. Bu düzgün deyil. Biz bura niyə yığışmışıq? Belədirsə əvvəlcədən müzakirəsiz qəbul olunacaq məsələlərin siyahısını verin, biz də işimizi bilək".

F. Mustafanın çıxışını kəsən birinci vitse spiker Ziyafət Əsgərov sərt danışıb:
"Fazil bəy, axı burada məsləhət edildi və ondan sonra bu məsələlərin belə qəbulu səsə qoyuldu. Məsləhət olunanda heç sənin əlini qaldırdığını görmədim. Torba atmaq lazım olanda dərhal əlini qaldırırsan".

Fazil Mustafanın Z. Əsgərova cavabı gecikməyib. O, baş verənlərin qanunsuz olduğunu bildirib:
"Əgər sizin belə fikriniz varsa, o zaman hökümətin, İnsan Alverinə qarşı Mübarizə İdarəsinin, Ombudsmanın, büdcənin, Hesablama Palatasının hesabatlarını birləşdirərək bir məsələ kimi müzakirəsiz qəbul edək. Daha camaatı aldatmayaq".

Z. Əsgərov millət vəkilini jurnalistlərin iclasda olmasından istifadə edərək pafoslu çıxış etməkdə ittiham edib.

Nigar
Bağla X