07:09
(077) 610-22-33

Azərbaycan QHT-sini maliyyələşdirən təşkilatdan ermənilərə dəstək

  • >
1 229 1 May 2015 15:37 | Siyasət

Aprelin 24-də qondarma erməni soyqırımının 100 illiyi Norveçin Bergen şəhərində Rekstens Samlinger adlı yerdə Norveçdəki ermənilər tərəfindən qeyd olunub.

Lent.az-ın vətəninfo.az-a istinadən xəbərinə görə, bu barədə Rafto fondunun rəsmi internet səhifəsində verilmiş xəbərdə qeyd olunur (http://rafto.no/article/16976/We_will_never_forget/tags:News%20) .

Ermənilərin qondarma soyqırım tədbirində Rafto Fondunun baş müşaviri İver Orstavik xatirə abidəsinə gül dəstəsi qoymazdan əvvəl qısa giriş nitqi söyləyib. İver Orstavik öz nitqində deyib ki "İnsan ləyaqətinə və insan haqlarına çox hörmət edən bizlər soyqırımın nə üçün baş verdiyini öyrənməyə borcluyuq və var qüvvəmizlə bənzər hadisələrin gələcəkdə baş verməsinin qarşısını almağa çalışmalıyıq"…. Qərbi Norveç üzrə Gulating Ali Məhkəməsinin hakimi və vitse prezidenti, əvvəllər Avropa İnsan Haqları Məhkəməsinin hakimi olmuş və Rafto Fondunun həmtəsisçilərindən olan Hanne Sophie Greve isə erməni yalanlarının təsiri altında Türk millətinə qarşı öz nifrətini gizlədə bilməyib : "Çox kədərlənidiricidir ki, Norveç höküməti kütləvi vəhşilikləri soyqırım kimi tanımaq istəmir. Bir çox Avropa hökümətləri, Alman və Avstriya aşkarcasına, I Dünya Müharibəsində - qırğın zamanı - Osmanlı İmperiyası ilə eyni cəbhədə vuruşmasına baxmayaraq, qətnamə qəbul edib və soyqırımı tanıyır" .

Artıq illərdir ki, Norveçin Rafto fondu Azərbaycan əleyhinə aparılan təbliğatların əsas maliyyələşdiricisi və təşkilatçısı kimi çıxış etməkdədir. Rafto fondu mütəmadi olaraq Azərbaycana təzyiqlər göstərilməsinə və beynəlxalq aləmdə nüfuzdan salınmasına yönəlmiş nəşrlər, hesabatlar, prezentasiyalar və bu qəbildən olan müxtəlif tədbirlər təşkil edir. Fond Azərbaycanda bir qayda olaraq insan hüquqlarının vəziyyəti haqqında əsassız iddialar irəli sürən yerli qeyri hökumət təşkilatlarını maliyyələşdirir, QHT təmsilçilərinin ələ alınmasını təkcə onlara külli miqdarda maliyyə resursları ayırmaqla deyil, həm də müxtəlif mükafatlar verməklə, maneəsiz olaraq şenqen vizaları ilə təmin etməklə həyata keçirir. Fakt olaraq Naxçıvanda fəaliyyət göstərən "Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi" İctimai Birliyini və onun rəhbərləri olan Məlahət Nəsibova və əri İlqar Nəsibovu, onların Osloda Norveç hökuməti hesabina lüks həyat sürən 3 övladlarını göstərmək kifayət edir. Yeri gəlmişkən Məlahət Nəsibova bir-neçə ilə əvvəl Rafto fondu tərəfindən mükafatlandırılmış, bundan həmən sonra isə Nəsibovların Naxçıvanda olarkən erməniləri müdafiə edən, daha sonra isə İslam dini əleyhinə bəyanatları gəlməyə başlamışdı.

Norveçin Rafto fondunun ermənilərin göz dikdikləri tarixi Azərbaycan torpağı olan Naxçıvanda Nəsibovlar vasitəsi ilə fəaliyyətlərə cəhd etmələri isə heç də təsadüfi deyil…



Ən maraqlısı isə odur ki Rafto fondu rəsmilərinin Türk millətinə və Azərbaycan xalqına qarşı iftiralarına və erməni yalanlarına verdikləri dəstəklərinə nə Məlahət Nəsibovdan, nə də onun kimi Rafto fondundan qrant alan digər Azərbaycan vətəndaşı olan qeyri hökumət təşkilatları təmsilçilərindən hər hansı bir münasibət sərgilənməyib. Bu fakt bir daha Məlahət və İlqar Nəsibovlar kimi QHT-çilərin fəaliyyətlərinin əsl mahiyyətinə işıq tutur, onların Naxçıvana qarşı aparılan çirkin erməni oyunlarında hansı rol oynamalarına aydınlıq gətirir.
Bağla X