Xəbər verildiyi kimi, professor Adil Qeybulla Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılmasına etiraz əlaməti olaraq bu partiyanın üzvlüyündən istefa verib. Xəbər verildiyi kimi, professor Adil Qeybulla Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılmasına etiraz əlaməti olaraq bu partiyanın üzvlüyündən istefa verib.

Müsavatdan Adil Qeybullaya cavab: “Bu, onun sayca 3-cü istefasıdır”

Xəbər verildiyi kimi, professor Adil Qeybulla Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılmasına etiraz əlaməti olaraq bu partiyanın üzvlüyündən istefa verib.


Müsavat Partiyasının bu olaya münasibəti özünü çox gözlətməyib.

Partiyanın Divan üzvü Nemət Kərimli AzNews.az-a bildirib ki, Adil Qeybullanın istefası birinci dəfə deyil: " Bu, onun sayca üçüncü istefasıdır. Yalnız ona "yaxşı yol" demək qalır, çünki istefa vermək onun öz hüququdur. Amma bir müddətdən sonra vəziyyət dəyişsə, o, yenidən partiya üzvü olduğunu rəsmən elan edəcək".

Nemət Kərimli Vurğun Əyyubun partiyadan çıxarılması məsələsinə də toxunub:
"Vurğun Əyyub partiya qərarlarına tabe olmadığını açıq şəkildə dəfələrlə bildirib. Bu baxımdan o, partiyanın heç bir strukturunun legitimliyini tanımadığına, partiya ilə əlaqələrini tamamilə kəsdiyinə, partiyanı parçalamaq istəyən qüvvələrlə birlikdə daima təmasda olduğuna və neqativ mübarizə apardığına görə xaric edilib".

Bahar RÜSTƏMLİ
AzNews.az