Qazaxıstan Prezidenti soydaşımızı təltif edib. Qazaxıstan Prezidenti soydaşımızı təltif edib.

Nazarbayev azərbaycanlını medalla təltif etdi

Qazaxıstan Prezidenti soydaşımızı təltif edib.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə heyətinin üzvü, "Altın Orda" universal ticarət kompleksinin baş inzibatçısı Şahverdi Ağadadaş oğlu Babayev ölkədə sosial inkişafın gücləndirilməsi, Qazaxıstan Xalqları Assambleyasının rolunun artırılması, eləcə də Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə "Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, "Qazaxıstan Xalqları Assambleyası" 1995-ci ildə Qazaxıstan Respublikasında yaşayan milli azlıqlara dövlət qayğısı göstərmək və onların fəaliyyətini sistemləşdirmək məqsədilə yaradılıb. Assambleyanın sədri Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevdir.