Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Polşada Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi - FOTO

Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib.


AzNews.az xəbər verir ki, tədbirdə Azərbaycanın Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənov, Azərbaycanın Polşadakı Fövqaladə və səlahiyyətli səfirinin müşaviri Ülvi Baxşəliyev, ASGA-nın sədri Səbuhi Abbasov, ASGA Polşa nümayəndəliyinin sədri Anar Məmmədov, Polşanın nüfüzlü ictimaiyyət nümayəndələri və tələbə gənclər iştirak ediblər.

Tədbirdən öncə Polşada təhsil alan azərbaycanlı tələbələrin Varşavanın Mərkəzindən səfirliyə doğru VeloTuru reallaşıb. Azərbaycan bayrağı ilə bəzədilmiş velotur iştirakçıları bir neçə kilomet qət etdikdən sonra səfirliyə daxil olublar.

Tədbiri Azərbaycanın Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənov açaraq mərhum prezident Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb: "Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan iqtisadiyyatında yeni bir səhifə açıldı. Bütün sahələr inkişaf etməyə başladı. 90-cı illərin əvvəllərində isə Azərbaycanda baş verən hadisələrin fonunda ölkəmizi yalnız və yalnız Heydər Əliyev kim nadiri şəxsiyyət xilas edə bilərdi. Onun ikinci dəfə hakimiyyətə qayıdışı isə məhv olmaq təhlükəsində olan Azərbaycanı xilas etdi. Onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Daha sonra ASGA-nın sədri Səbuhi Abbasov çıxış edərək mərhum prezident Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışını Azərbaycan üçün böyük qurtuluş olduğunu deyib: "Heydər Əliyevin həyata keçirdiyi ən önəmli islahatlardan biri də gənclər siyasətinin və proqramının işlənib hazırlanması olub. Heydər Əliyevin təşəbbüsü ilə ilkin mərhələdə Gənclər Nazirliyinin, Gənclər forumunun və Gənclər gününün təsis edilməsi sağlam gələcəyə hesablanmış bir addım olub. Bu siyasət bugün də davam edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclərin müxtəlif təklif və layihələrinin reallaşdırılması məqsədi ilə 7 istiqamətdə müxtəlif fondlar yaradılıb. Bundan başqa Azərbaycan Avropanın strateji tərəfdarı kimi bir çox mühüm, siyasi, iqtisadi və mədəni beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakı-2015: Birinci Avropa Oyunlarının Bakıda həyata keçirilməsi buna əyani nümunədir. Erməni lobbisi var gücü ilə çalışaraq ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə maneələr törətməyə çalışırlar. Lakin onlar bir məqamı lazımı səviyyədə qiymətləndirməyiblər. Bugün Azərbaycan gəncliyi informativ və innovativ biliklərinə görə dünyada ön sıradadırlar. Buda imkan verir ki, düşmənin bütün hücumlarını anındaca dəf edək".

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin təqdimatı olub.
Sonra ASGA İdarə heyəti adından Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənova "SÜLH SƏFİRİ" mükafatı təqdim olunub.

Bundan başqa ASGA İdarə heyəti adından Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfirinin müşaviri Ülvi Baxşəliyevaya və ASGA Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmədova "FƏXRİ DİLPLOM"lar təqdim olunub. VeloTurda iştirak edən, Polşada təhsil alan azərbaycanlı gənclərə isə müxtəlif sertifikatlar hədiyyə verilib.

Qeyd edək ki, "Heydər Əliyev polyakların gözü ilə" adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində eyni zamanda Varşavanın mərkəzində "Heydər Əliyev polyakların gözü ilə" və "Bakı-2015: Birinci Avropa Oyunları polyakların gözü ilə" adlı sərginin keçirilməsi də planlaşdırılıb.