Müsavat Partiyasında istefaların sayı gündən-günə artmaqdadır. Müsavat Partiyasında istefaların sayı gündən-günə artmaqdadır.

“Müsavat avtoritar təfəkkürlə idarə olunur” - Aqil Qeybulla

Müsavat Partiyasında istefaların sayı gündən-günə artmaqdadır.



Dünən təşkilatın Nizami rayon şöbəsindən 22, bu gün isə Xətai rayonun şöbəsindən 55 nəfər üzv Müsavatın sıralarını tərk etməsi haqqında bəyanata imza atıb. İstefa verənlər qurultaydan sonra Arif Hacılının siyasi kursu ilə razı olmadıqlarını və başqanlığına namizəd olmuş Qubad İbadoğlu, Vurğun Əyyub kimi tanınmış simaların partiyadan çıxarılmasına etiraz olaraq bu addımı atdıqlarını vurğulayıb.

Müsavat Partiyasının sabiq üzvü Aqil Qeybulla AzNews.az-a açıqlamasında bu istefalara təəssüfləndiyini bildirib: "Biz düşünürdük ki, Müsavat Partiyasının qurultayından sonra ortaq məxrəc tapılacaq. Ancaq partiyanın indiki rəhbərləri üzvlərə qarşı ayrı-seçkilik etməsi, onları xəyanətdə suçlaması kimi ittihamlar Müsavatda xeyli insanı narazı saldı. Aparılan siyasət tamamilə yanlışdır. Partiya bu cür avtoritar təfəkkürlə idarə oluna bilməz. Özü də demokratik iddiada olan siyası təşkilat üçün heç olmaz. Müsavat Partiyasında baş verən istefalar təbiidir. Partiyada yaranmış mühiti orada görməyənlər, onunla barışmayanlar və aparılan siyasi xətti rəhbərliklə bölüşməyənlər Müsavatda qala bilməz".

İstefaları məntiqi nəticə hesab edən A.Qeybulla Müsavat ideologiyasının Müsavat Partiyasından qat-qat geniş anlayış olduğunu deyib: "Xətt eynidir. İstefa verənlər harada olursa-olsun siyasi kurslarının davam etdirəcəklər".

Lalə
AzNews.az