23:13
(077) 610-22-33

İlham Əliyev Səudiyyə Ərəbistandan olan nazirlə görüşdü

  • >
704 15 May 2015 13:58 | Siyasət

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Dövlət başçısı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin yaxın dostluq münasibətlərinə əsaslandığını və əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulauıb. Səudiyyə Ərəbistanı Krallığına səfərindən və orada keçirdiyi səmərəli görüşlərdən razılığını ifadə edən prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini vurğulayıb. Dövlət başçısı ölkələr arasında investisiya qoyuluşu, birgə layihələrdə iştirak, kənd təsərrüfatı, neft-kimya, turizm, inşaat, sənaye və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiənin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirib.

Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Bin Fauzan Ər-Rəbiə Bakıda gedən sürətli inkişaf proseslərinin, şəhərin abadlaşdırılmasının, ən müasir infrastrukturun yaradılması və digər sahələrdə görülən işlərin onlarda dərin təəssürat yaratdığını deyib. Nazir ölkələrimiz arasında güclü ikitərəfli münasibətlərin mövcud olduğunu vurğulayıb. Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müxtəlif sahələri təmsil edən böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən nazir ölkələrimiz arasında güclü münasibətlərin və qarşılıqlı hörmətin olmasına baxmayaraq, ticarət əlaqələrinin qənaətbəxş olmadığını deyib. Ölkəsinin Azərbaycanda genişmiqyaslı işlər görmək niyyətində olduğunu deyən qonaq azərbaycanlı həmkarlarının, o cümlədən iş adamlarından ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsinin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması baxımından önəmini vurğulayıb.
Bağla X