Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiya sıralarından xaric edilməsinin səbəblərini açıqlayıb. Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiya sıralarından xaric edilməsinin səbəblərini açıqlayıb.

Müsavatdan Ellada Məmmədli ilə bağlı Açıqlama

Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiya sıralarından xaric edilməsinin səbəblərini açıqlayıb.

Bu haqda AzNews.az-a Müsavat Divanının üzvü Nemət Kərimli məlumat verib.

Onun sözlərinə görə, Ellada Məmmədli partiyanın Xətai rayon təşkilatının üzvlərinə Azərbaycan Demokratiya və Rifah hərəkatına keçməyi təkid edib:

"Biz də partiya olaraq bunun doğruluğunu yoxlamaq üçün onu Şuranın iclasına dəvət etdik. O, isə dəvətimizi qəbul etməyərək iclasa gəlmədi. Nəticədə Şurada onun partiyadan çıxarılması qərarı verildi".

Qeyd edək ki, Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya sıralarından bu gün xaric edilib.

Xatırladaq ki, Ellada Məmmədli Müsavat partiyasının sıralarından uzaqlaşdırılan Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah hərəkatının sədr müavini vəsifəsində çalışır.

Lalə
AzNews.az