Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.

Ərdoğan I Avropa Oyunlarının açılışına gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gələcək.


AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını "Bakı -2015" I Avropa Oyunlarının açılış mərasiminə dəvət edib:
"Biz qardaş Azərbaycanla fəxr edir və qürur duyuruq. Təbii ki, I Avropan Oyunları üçün ölkə başçımız dəvət edilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə başçımızı dəvət edib. Ölkə başçımız Rəcəb Tayyib Ərdoğan da həmin yarışlara qatılacağını söyləyib. Azərbaycanın hər cür tədbirinə biz Türkiyədən ən yüksək şəkildə qatılmağa hazırıq. İnşallah, yenə də, ən yüksək səviyyədə iştirak olacaq.
Azərbaycana çox vacib yarışlara ev sahibliyi etdiyi üçün təşəkkür edirik. Azərbaycan artıq çox peşəkar bir şəkildə beynəlxalq yarışlara ev sahibliyi edir. Belə ki, beynəlxalq forumlar, konfranslar keçirilir, I Avropa Oyunları kimi çox vacib tədbir də keçiriləcək. Həmçinin "Eurovision" mahnı müsabiqəsi bu günə qədər keçirilən ən səviyyəli tədbirlərdən idi".