21:34
(077) 610-22-33

Rumıniya Prezidenti İlham Əliyevi təbrik etdi – Respublika Günü münasibətilə

  • >
1 042 20 May 2015 17:39 | Siyasət

Rumıniyanın Prezidenti Klaus İohannis Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərib.


AzNews.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri,
28 May – Respublika Günü münasibətilə Sizə Rumıniya xalqı adından ən səmimi təbriklərimi və yüksək nailiyyətlər arzularımı çatdırmaqdan məmnunam.
Rumıniya ilə Azərbaycan arasında strateji əməkdaşlıq səviyyəsinə yüksələn dostluq münasibətlərimiz ölkələrimizin iqtisadi əlaqələrinin inkişafına imkan yaradılmasını təmin edir. Əminəm ki, biz ölkələrimiz arasındakı münasibətlərin bu kontekstdə əsaslı surətdə daha da dərinləşməsini təmin edə bilərik. Sizi Rumıniyaya səfərə dəvət etməkdən şərəf duyuram.

Cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin".
Bağla X