QHT Şurasının sədri, ATƏT Parlament Assambleyasının Komitə sədrinin müavini, millət vəkili Azay Quliyevin Azərbaycanın Riqa sammitindən gözləntiləri ilə bağlı bir neçə gün öncə açıqladığı mövqe Avropa mediası tərəfindən də maraqla qarşılanıb. QHT Şurasının sədri, ATƏT Parlament Assambleyasının Komitə sədrinin müavini, millət vəkili Azay Quliyevin Azərbaycanın Riqa sammitindən gözləntiləri ilə bağlı bir neçə gün öncə açıqladığı mövqe Avropa mediası tərəfindən də maraqla qarşılanıb.

Azay Quliyev Avropa İttifaqını kəskin- TƏNQİD ETDİ

QHT Şurasının sədri, ATƏT Parlament Assambleyasının Komitə sədrinin müavini, millət vəkili Azay Quliyevin Azərbaycanın Riqa sammitindən gözləntiləri ilə bağlı bir neçə gün öncə açıqladığı mövqe Avropa mediası tərəfindən də maraqla qarşılanıb.



Avropa İttifaqına dair məsələlərin müntəzəm işıqlandırıldığı nüfuzlu media orqanlardan olan EU Reporter portalı Azay Quliyevdən müsahibə alıb.

Millət vəkili, ATƏT Parlament Assambleyasının Komitə sədrinin müavini Azay Quliyev müsahibəsində Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirakı və Riqa sammitinə münasibətinə dair vacib məqamlara toxunub.

Azay Quliyev Riqa sammitinin Azərbaycanın geosiyasi əhəmiyyətini qəbul edərək, ona yanaşmada nümayiş etdirdiyi ikili standartlardan imtina etmək və ölkəmizi lazımınca dəyərləndirmək baxımından Aİ üçün yaxşı imkan olduğunu qeyd edib. ATƏT PA-nın Komitə sədrinin müavini Azay Quliyev Azərbaycanın Şərq Tərəfdaşlığı proqramının bərabərhüquqlu üzvü olduğunu və Aİ ilə əlaqələrini davam etdirmək istədiyini, lakin Azərbaycan xalqının ikili standartları məyusluqla qarşıladığını bildirib.

Millət vəkili Ukraynada baş verən hadisələrə Avropa İttifaqının sərt reaksiya verməsi, Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyaların tətbiq edilməsi fonunda Ermənistanın Azərbaycanın 20 faiz torpağını uzun müddət işğalda saxlamasına səssiz qalması və işğalçı ölkəyə qarşı adekvat addımlar atmamasını tənqid edib və qurumun ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmağa borclu olduğunu deyib. Azay Quliyev Aİ-dan oxşar sanksiyaların Ermənistana qarşı da tətbiqini gözlədiklərini qeyd edib.

Eyni zamanda Avronestin Sosial Məsələlər, Təhsil və Vətəndaş Cəmiyyəti Komitəsinin sədr müavini olan Azay Quliyev Avropa inistitutlarının Azərbaycanı hədəf seçərək qəbul etdiyi qərəzli və ədalətsiz qətnamələrin yolverilməz olduğunu, belə halların ölkəmizlə konstruktiv əməkdaşlığa və dialoqa zərər verdiyini vurğulayıb.

19 may 2015-ci il tarixində yayımlanan müsahibənin ingilis dilində olan tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: http://www.eureporter.co/…/eu-urged-to-signal-readiness-to…/