Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən polis əməkdaşına baş çəkib. Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən polis əməkdaşına baş çəkib.

Ramil Usubov yanğında xəsarət alan polisə baş çəkdi

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən polis əməkdaşına baş çəkib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Nazir xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, həyatını risqə atmaqdan çəkinməyərək 4 nəfəri xilas edən Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Qocayevin səhhəti ilə maraqlanıb, ona şəfa diləyib, göstərdiyi igidliyə görə təşəkkür edib, tezliklə sağalaraq sıralarımıza qayıtmasını arzulayıb.

Təxliyə və xilasetmə işləri zamanı vəzifə borclarının icrasında fərqlənən əməkdaşların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırığına əsasən dövlət mükafatlarına təqdim olunacağı onun diqqətinə çatdırılıb.

Polis serjantı Şahin Qocayev xəstəxana palatasında gözlərini açdığı andan dövlətin qayğısnı hiss etdiyini deyərək, bu ali diqqətə görə ölkə Prezidentinə minnətdarlığını bildirib.