Bir neçə ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik ediblər. Bir neçə ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik ediblər.

6 ölkənin lideri İlham Əliyevi təbrik etdi

Bir neçə ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik ediblər.


AzNews.az xəbər verir ki, təbrik məktublarında deyilir:

"Zati-aliləri,
Milli bayram – 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Əminəm ki, ötən illər ərzində ölkələrimiz arasında möhkəmlənmiş dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edəcək və xalqlarımıza böyük xoşbəxtlik gətirəcək.
Zati-alilərinizə bir daha möhkəm cansağlığı və Sizin gözəl ölkəyə əbədi firavanlıq arzularımı çatdırıram.

Dərin hörmətlə, Koreya Respublikasının Prezidenti Pak Kın He".

***

"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Əlcəzair dövləti, xalqı adından və şəxsən öz adımdan ən səmimi arzularımı çatdırıram. Mən Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsində Sizinlə birlikdə çalışmağa hazıram.
Cənab Prezident, icazə verin Sizə ən yüksək hörmət və ehtiramımı bildirim.

Əlcəzair Respublikasının Prezidenti Əbdüləziz Buteflika".

***

"Zati-aliləri,
Azərbaycanın milli bayramı- 28 May Respublika Günü münasibətilə Sizə ən səmimi təbrikimi çatdırmaqdan şərəf duyuram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı əlaqələrin göstəricisi olan dostluq münasibətlərinin daha da gücləndirilməsi və davam etdirilməsinə Peru tərəfinin marağını Zati-alinizin diqqətinə çatdırmaqdan məmnun olduğumu bildirirəm.
Nəcib Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayır, Zati-alinizə ən dərin hörmət və yüksək ehtiramımı izhar edirəm.

Peru Respublikasının Prezidenti Ollanta Humala Tasso".

***

"Cənab Prezident,
Mən Zati-alinizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edir, Sizə və dost Azərbaycan xalqına daha firavan gələcək naminə ən xoş arzularımı çatdrıram.

Niderlandın Kralı Villem-Aleksandr R".

***

"Hörmətli cənab Prezident,
Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Zati-alinizə ən xoş istəklərimi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Hörmətlə, İsveçin Kralı XVI Karl Qustaf".

***

"Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu
Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız
İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud".