Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Vladimir Semaşkonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


AzNews.az xəbər verir ki, Baş nazirin müavini Vladimir Semaşko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırıb.

O, ölkəmizə səfərindən ötən qısa dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Vladimir Semaşko Azərbaycanın dünyada ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq proseslərinin maraqla izlənildiyini vurğulayıb.

Dövlət başçısı ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində, cəmi iki ilə başa çatdırıldığını qeyd edərək bu Oyunların keçirilməsi üçün ən müasir idman obyektlərinin və infrastrukturun yaradıldığını bildirib.

Görüşdə XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərinin yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, bu tədbirə marağın ildən-ilə artdığı qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, kənd təsərrüfatı, sənaye, maşınqayırma və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.
image description image description