28 May - Respublika günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir. 28 May - Respublika günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

Prezidentlər İlham Əliyevi təbrik etdilər - Yenilənib

28 May - Respublika günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

AzNews.az xəbər verir ki, Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer də İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqına isə daha firavan həyat arzularımı çatdırıram".


***
15:41

Təbrik edənlər arasında Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn də var.

Təbrikdə deyilir: "Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bizim ortaq maraqlarımız, dəyərlərimiz, regionlarda sülh və sabitlik üçün töhfələrimiz bir-birimizə siyasi məsələlərdə güclü qarşılıqlı dəstəklə ifadə olunur. Əminəm ki, bizim əlaqələr yaxın zamanda daha da güclənəcək, xalqlarımızın rifahı və firavanlığı artacaq.

Bu ilin martında Azərbaycana səfərim zamanı razılaşdırdığımız kimi, bütün sahələrdə ikitərəfli əməkdaşlığımızın daha da genişlənəcəyinə əminəm.

Zati-aliləri, mənim dərin ehtiramımı və xoş arzularımı qəbul edin".

Ukrayna prezidenti Pyotr Poroşenko da ölkə başçısı İlham Əliyevi təbrik edib. O, ölkələr arasında strateji tərəfdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib: "Sizi milli bayramınız – Respublika Günü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Ukrayna Azərbaycan Respublikası ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi diqqət yetirir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq bundan sonra da qarşılıqlı anlaşma və etimad əsasında inkişaf edəcək.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".

28 May – Respublika Günü münasibətilə prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edənlər arasında həmçinin Yunanıstan Respublikasının prezidenti Prokopis Pavlopulos da var. Ölkə başçısına ünvanladığı məktubunda o, Azərbaycan xalqına tərəqqi və rifah arzu edib: "Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Yunan xalqı adından təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan xalqına tərəqqi və rifah, Sizə möhkəm cansağlığı arzu edirəm".