04:54
(077) 610-22-33

Aydın Abbasov da seçkilərdə iştirak etməyəcək - Açıqlama

  • >
3 089 2 Oktyabr 2015 14:57 | Siyasət

Deputat Aydın Abbasov noyabrın 1-də Mill Məclisə keçiriləcək seçkilərdə iştirak etməkdən imtina edib.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı Aydın Abbasov özünün "Facebook" hesabında yazıb:

"Son zamanlar millət vəkililiyinə namizədliyimlə bağlı çox saylı zənglər və mesajlar alıram. Hər kəsə cavab vermək imkanım olmadığından, yazılı şəkildə cavab verib, suallara son qoymaq istəyirəm.

10 ildir ki, aktiv siyasətdəyəm, millətimə, dövlətimə xidmət edirəm. Hər zaman da xidmət edəcəyəm. Lakin daha milət vəkili olaraq deyil.

Bildirmək istəyirəm ki, bu dəfə Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyəcəyəm. Namizədlərin hər birinə uğurlar arzu edirəm.

Seçicilərim və doğma Gəncə şəhərinin sakinləri mənə hər zaman müraciət edə bilərlər. Gəncə bizim üçün doğma və əvəz olunmazdır.

Bəli, bu gün açıq şəkildə Azərbaycana qarşı ədalətsiz, ikili standartlar siyasəti yürüdülür. Dövlətim, millətim naminə bu siyasətə qarşı mübarizə aparacağam. Vətənə, dövlətə hörmət etmək hər birimizin borcudur.

Cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti ilə Azərbaycanımızın daha da inkişaf edəcəyinə və xalqımızın rifah içində yaşayacağına əminəm".

Qeyd edək ki, A.Abbasov 2005 və 2010-cu illərdə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib.

Xatırladaq ki, bu gün deputat Etibar Hüseynov da seçkilərdə iştirakdan imtina edib. Millət vəkili Leyla Abdullayeva isə namizədliyini geri götürüb.

Sevinc Yasinqızı
Bağla X