02:07
(077) 610-22-33

İlham Əliyev və xanımı açılışda - Fotolar

  • >
3 000 4 Oktyabr 2015 17:41 | Siyasət

Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər.

AzNews.az-ın məlumatına görə, "Azərsun Holdinq" Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına "Xəyal Adası"nda görülən işlərlə bağlı ətraflı məlumat verib.

İlham Əliyev SABIS Sun Beynəlxalq məktəb kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident və xanımı Mehriban Əliyeva kompleksin uşaq bağçasında yaradılan şəraitlə də maraqlanıblar. Sonra dövlət başçısı və xanımı SABIS Sun Beynəlxalq məktəbində yaradılan şəraitlə tanış olublar. Bu təhsil ocağı bütün siniflər üzrə təlim-tərbiyə işinin müasir standartlar səviyyəsində qurulması baxımından hər cür şəraitə malikdir.

İlham Əliyev təhsil kompleksinin müəllim və şagirdləri üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinə də baxıb.

Sonra dövlət başçısı və xanımı "Xəyal Adası"nın Qolf klubuna gəliblər. İlham Əliyev Qolf klubunun dünyanın müxtəlif ölkələrindən olan üzvləri ilə və Qolf Akademiyasında təhsil alanlarla görüşüb.

Prezident və qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər. Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.













Bağla X