05:34
(077) 610-22-33

Elmira Axundovanın biznesmen-şair rəqibi geri çəkildi

  • >
2 938 5 Oktyabr 2015 13:20 | Siyasət

Əslən Masallı rayonunun Ərkivan kəndindən olan, hazırda Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Gülağa Məmmədov (Tənha) Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini geri götürüb.


AzNews.az xəbər verir ki, 71 saylı Masallı Dairə Seçki Komissiyasından deputatlığa namizədliyini irəli sürən biznesmen-şair son anda geri çəkilib. Onun geri çəkilməsinə səbəb vətəndaşlığı ilə bağlı probleminin olması göstərilir. Şair sənədlərinin qaydasında olmadığını və bu səbəbdən namizədliyinin qeydə alınmayacağını əsas götürərək imza vərəqələrini Dairə Seçki Komisiyyasına təqdim etməkdən imtina edib.

Məlumat üçün bildirək ki, bu dairədən əsas namizədlərdən biri ötən seçkilərdə elə sözügedən dairədən millət vəkili seçilmiş Elmira Axundovadır.
Bağla X