20:58
(077) 610-22-33

Sabiq sədr qəzaya düşdü - FOTO

  • >
5 421 5 Oktyabr 2015 21:05 | Siyasət

Son günlər Xaçmazda baş verən güclü külək və yağışın fəsad törətməsi barədə məlumat vermişik.


Enerji sahəsində yaranan fasilələri təkcə təbii hadisələr törətmir. Avtomobili yüksək sürətlə idarə edən sürücülərin bu işdə dırnaqarası xidmətlərini də xüsusi qeyd etmək lazımdır.

AzNews.az xəbər verir ki, Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, bu gün Xaçmazın Xudat şəhərində köhnə Xudat Kənd Bələdiyyəsinin keçmiş sədri Səyavuş İbrahimov idarə etdiyi "Niva"nı elə sürətlə sürüb ki, yolun kənarındakı beton elektrik dirəyini aşırıb. Sürücü özü xəsarət almasa da, dirək aşıb, ətraf kəndlər işıqsız qalıb.

Xaçmaz Polis Şöbəsinin Xudat bölməsi faktı təsdiqləyib. "Azərişıq" ASC-nin Xaçmaz şöbəsinin qəza briqadası nəticələrin aradan qaldırılması istiqamətində iş aparır.

Faktla bağlı araşdırmalar davam edir.







Bağla X