Milli Məclisin noyabrın 1-ə təyin olunan parlament seçkilərində iştirak etmək üçün Müsavat partiyasının irəli sürdüyi namizədlərin 12-si rəsmən qeydə alınıb. Milli Məclisin noyabrın 1-ə təyin olunan parlament seçkilərində iştirak etmək üçün Müsavat partiyasının irəli sürdüyi namizədlərin 12-si rəsmən qeydə alınıb.

Gülağa Aslanlının da namizədliyi qeydə alındı - Sayları 12 oldu

Milli Məclisin noyabrın 1-ə təyin olunan parlament seçkilərində iştirak etmək üçün Müsavat partiyasının irəli sürdüyi namizədlərin 12-si rəsmən qeydə alınıb.


AzNews.az Mərkəzi Seçki Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı 10 saylı Binəqədi üçüncü seçki dairəsindən, üzvləri Vilayət Abuşov 57 saylı Kürdəmir seçki dairəsindən və İkram İsrafil 115 saylı Şəki Kənd ikinci seçki dairəsindən qeydə alınıb.

Qeyd edək ki, bundan öncə partiyasının irəli sürdüyü namizədlərdən İsa Qəmbərin (15 saylı Yasamal-birinci), Arif Hacılının (33 saylı Xətai birinci), Razim Əmiraslanlının (120 saylı Cəbrayıl-Qubadlı), Xasay Fərzullanın (71 saylı Masallı Kənd) və Söhrab Əmrahovun (55 saylı Xaçmaz şəhər) Niyaz Nəsirin (13 saylı Xəzər-Pirallahı), Mirzağa Axundun (60 saylı Salyan-Neftçala), Valeh Hümmətoğlunın (59 saylı Səlyan), İsgəndər Həmidovun (123 saylı Kəlbəcər) namizədlikləri qeydə alınıb.

Xatırladaq ki, Müsavat partiyası 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərində 80-ə yaxın namizədlə iştirak etdiyini açıqlayıb.

Sevinc Yasinqızı