“Azərbaycan” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Bəxtiyar Sadıqov baş redaktorluqdan istefa verib. “Azərbaycan” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Bəxtiyar Sadıqov baş redaktorluqdan istefa verib.

Bəxtiyar Sadıqov istefa verdi

“Azərbaycan” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Bəxtiyar Sadıqov baş redaktorluqdan istefa verib.


Bunu AzNews.az-a açıqlamasında Bəxtiyar Sadıqov deyib. O bildirib ki, partiyanın təbliğat-təşviqat qrupuna rəhbərlik etdiyi üçün istefa verib: "Seçki Məcəlləsinə görə, deputatlığa namizəd qəzet rəhbərləri təbliğat-təşviqat dövründə vəzifələrini dayandırmalıdır. Çünki digər namizədlərə nisbətən mən üstünlük qazana bilmərəm. Bu arqumentdən Seçki Məcəlləsinə belə bir bənd salınıb. Ona görə də oktyabrın 6-dan mən öz hesabıma məzuniyyət götürmüşəm. Yəni baş redaktorluqdan istefa vermişəm".

Bəxtiyar Sadıqov qeyd edib ki, oktyabrın 6-dan qəzetə baş redaktorluğu I müavini Amil Novruzov edir.

Sevinc Yasinqızı