09:16
(077) 610-22-33

Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı

  • >
1 349 9 Oktyabr 2015 00:15 | Siyasət

Bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınanların seçkiqabağı təşviqatının aparılmasına başlanılıb.


AzNews.az-ın Report-a istinadən xəbərinə görə, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi patiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

V çağırış Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış - 9 oktyabrda başlanır və səsvermənin başlanmasına 24 saat qalmış - 31 oktyabr saat 08:00-da dayandırılır.

Qeyd edək ki, indiyədək 1 200 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 116 namizədin hamısı, "Azadlıq-2015" seçki blokundan 15 nəfərin, təşəbbüs qruplarından 2 nəfərin, öz təşəbbüsü ilə namizədliyini irəli sürənlərdən isə 910 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Bağla X