08:41
(077) 610-22-33

Ərdoğan-İlham Əliyev görüşü təxirə salındı

  • >
1 724 11 Oktyabr 2015 18:19 | Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdıməhəmmədovla görüşməyəcək.

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə Türkiyə prezidenti Ankarada baş verən terror hadisəsinə görə Türkmənistana baş tutacaq səfərini təxirə salıb.

Ərdoğanın Türkmənistanın Avaza şəhərinə səfəri ilə bağlı qərar Ankarada ikiqat terror aktının baş verməsindən sonra dəyişib. Bununla da Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının ilk üçtərəfli görüşü baş tutmayacaq.



Oktyabrın 12-də İlham Əliyev, Berdıməhəmmədov və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə üçtərəfli görüş baş tutmalı idi. Üçtərəfli görüşdə prezidentlər üçtərəfli münasibətləri, qarşılıqlı əməkdaşlıq, regiondaki təhlükəsizlik və sabitlik, həmçinin rifahın artırılmasına dair məsələləri müzakirə etməli idilər.

Prezidentlərin görüşəcəyinə dair razılaşma cari ilin avqustunda Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü zamanı əldə edilmişdi.

Xatırladaq ki, ötən gün Türkiyənin paytaxtı Ankarada baş verən terror nəticəsində 95 nəfər ölüb, 246 nəfər yaralanıb. Türkiyədə 3 günlük milli yas elan olunub və ölkədəki bütün bayraqlar endirilib.
Bağla X