15:04
(077) 610-22-33

Müsavatdan seçki hazırlığı ilə bağlı - Açıqlama

  • >
1 290 12 Oktyabr 2015 12:32 | Siyasət

Müsavat noybarın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçkiqabağı təbliğat-təşviqat kampaniyasını həm partiya xətti, həm də qeydə alınmış namizədlərinin fərdi istəyinə uyğun olaraq aparacaq.



Bu barədə məlumatı AzNews.az-a partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. O bildirib ki, hazırda kampaniya ilə bağlı hazırlıq işləri gedir: "Partiya ayrıca bir blok hazırlayacaq. Yəni partiyanın özünün ayrıca təşviqat partiyaları hazırlanır. Demək olar ki, partiyanın seçki platforması hazırdır. Ona uyğun olaraq da seçki ilə bağlı şüarlar yazılacaq. Eyni zamanda hər bir namizədin özü sərbəst şəkildə müəyyənləşdirəcək ki, partiyanın hansı şüarlarından və mesajlarından hansı dairələrdə istifadə etmək onlar üçün daha düzgün və sərfəlidir".

Qeyd edək ki, partiyanın irəli sürdüyü namizədlərdən 23 nəfərin - Nadir Allahverdiyev (5 saylı Şahbuz-Babək), Gülağa Aslanlı (10 saylı Binəqədi üçüncü), Niyaz Nəsirov (13 saylı Xəzər), İsa Qəmbər (15 saylı Yasamal birinci), Zakir Məmmədzadə (25 saylı Nizami ikinci), Misir Mahmudov (30 saylı Suraxanı birinci), Mustafa Hacılı (31 saylı Suraxanı ikinci), Arif Hacılı (33 saylı Xətai birinci), Dilşad Nağıyeva (34 saylı Xətai ikinci), Elman Fəttah (46 saylı Şirvan birinci), Nürəddin Rüstəmli (49 saylı Yevlax), Səxavət Soltanlı (50 saylı Abşeron-Qobustan), Söhrab Əmrahov (55 saylı Xaçmaz), Vilayət Abuşov (57 saylı Kürdəmir), Valeh Hümmətoğlu (59 saylı Salyan), Mirzağa Axund (60 saylı Salyan-Neftçala), Davud Qurbanov (68 saylı Cəlilabad kənd), Xasay Fərzulla (71 saylı Masallı kənd), İltizam Əkbərli (79 saylı İmişli), Yusif Namazoğlu (96 saylı Goranboy), İkram İsrafil (115 saylı Şəki kənd ikinci), Razim Əmiraslanlı (120 saylı Cəbrayıl-Qubadlı) və İsgəndər Həmidovun (123 saylı Kəlbəcər) namizədlikləri qeydə alınıb.

Sevinc Yasinqızı
AzNews.az
Bağla X