“Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) parlament seçkiləridən öncə qurultayının çağırılması texniki cəhətdən mümkünsüzdür”. “Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) parlament seçkiləridən öncə qurultayının çağırılması texniki cəhətdən mümkünsüzdür”.

AMİP-dən qurultay açıqlaması

“Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) parlament seçkiləridən öncə qurultayının çağırılması texniki cəhətdən mümkünsüzdür”.


Bunu AzNews.az-a açıqlamasında sözü gedən partiyanın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Elşən Mustafayev deyib. O, bildirib ki, AMİP-in qurultayı seçkidən sonra keçiriləcək: "Vaxt çox azdır. Partiyanın bütün strukturları əvvəlki kimi öz işindədir. Qurultay gününü Mərkəzi Şuranın iclası müəyyən edir. Mərkəzi Şuranın iclasını isə Siyası Şura çağıracaq".

E.Mustafayev qeyd edib ki, nizamnaməyə uyğun olaraq, partiyanın sədr səlahiyyətləri müvəqqəti olaraq baş katibə həvalə olunub. Partiyanın lideri Etibar Məmmədov isə AMİP ətrafında baş verən proseslərdən danışmaq istəmədiyini bildirib.

Xatırladaq ki, Azərbaycan Milli İstiqlal Partiyasın sədri Yusif Bağırzadə sözü gedən qurumdan istefa verib. Amma o, istefasının səbəbini tam açıqlamayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az