22:29
(077) 610-22-33

Prezidentdən yeni icra başçısı - Təyinatı

  • >
5 291 12 Oktyabr 2015 18:46 | Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Asif Həbib oğlu Hüseynovun Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.


AzNews.az-ın məlumatına görə, sərəncamla A.Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

A.Hüseynov icra başçısı təyin edilənədək SOCAR-ın Sosial İnkişaf İdarəsində çalışıb və burada rəis müavini vəzifəsini tutub.

Yeni icra başçısının atası da neftçidir. A.Hüseynovun atası Həbib Hüseynov uzun illərdir ki, SOCAR-da işləyir və şirkətdə müxtəlif vəzifələr tutub.
Bağla X