23:54
(077) 610-22-33

İlham Əliyev Vyetnamla imzalanmış sənədləri təsdiqlədi

  • >
891 12 Oktyabr 2015 19:25 | Siyasət

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərman imzalayıb.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, fərmana əsasən, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir, Azərbaycan Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam tərəfinə bildiriş göndərməlidir.

Dövlət başçısı həmçinin "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərman imzalayıb. Azərbaycan Nəqliyyat Nazirliyinə fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam tərəfinə bildiriş göndərmək tapşırılıb.
Bağla X