19:41
(077) 610-22-33

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

  • >
597 13 Oktyabr 2015 20:46 | Siyasət

Oktyabrın 13-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sədrliyi ilə komissiyanın növbəti iclası keçirilib.


MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzNews.az-a verilən xəbərə görə, əvvəlcə komissiyanın 7 oktyabr 2015-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə hərtərəfli araşdırılaraq iclasa çıxarılmış müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Bağla X