“13 yaşlı qızın dərisini soyan adam, heç, bizə dəhliz verərdi?!” “13 yaşlı qızın dərisini soyan adam, heç, bizə dəhliz verərdi?!”

“Hamı ölürdü..Kimə baxırdın, yerdə qan içində…”- “DƏHLİZ”+ VİDEO

“13 yaşlı qızın dərisini soyan adam, heç, bizə dəhliz verərdi?!”

AzNews.az xəbər verir ki, bu sözləri 1992-ci ildə fevral ayının 25-dən 26-a keçən gecə ermənilərin Xocalıda törətdiyi azərbaycanlıların soyqırımı zamanı əsir düşən və xilas olan sakinlər Elmar Məlikovun “Dəhliz” filmində danışıblar. Filmdə həmin gecənin bütün dəhşətlərini öz gözləri ilə görən, Xocalıdan onlarla insanı xilas edə bilən şəxslərin ifadələri bütün iddiaları məhv edir. Ermənilərin törətdiyi vəhşiliklər nəticəsində yaxınlarını, ailəsini, əllərini, ayaqlarını itirən şəxslərin şahid ifadələrindən məlum olur ki, Ermənistan Qarabağın işğalı zamanı dinc əhalinin Xocalıdan çıxması üçün heç bir dəhliz verməyib.

Elmar Məlikovun “Dəhliz” filminin üzərində Ceyhun Əsgərov, Vüsalə Məmmədova kimi Azərbaycanın tanınmış jurnalistləri çalışıb.

Filmin Xocalı Soyqırımının 25-ci il dönümü ərəfəsində nümayiş olunacağı planlaşdırılır.

Xatırladaq ki, 1992-ci ildə fevral ayının 25-dən 26-a keçən gecə ermənilərin Xocalıda törətdiyi azərbaycanlıların soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 dinc sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.