“SOS uşaq kəndləri - Gəncə”nin yetirməsi olan 12 yaşlı Xoşqədəm Mehdiyeva səsi ilə Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq uşaq vokalçılar müsabiqəsində hamını heyran edib. “SOS uşaq kəndləri - Gəncə”nin yetirməsi olan 12 yaşlı Xoşqədəm Mehdiyeva səsi ilə Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq uşaq vokalçılar müsabiqəsində hamını heyran edib.

12 yaşlı azərbaycanlı rusları heyran etdi - Video

“SOS uşaq kəndləri - Gəncə”nin yetirməsi olan 12 yaşlı Xoşqədəm Mehdiyeva səsi ilə Rusiyanın NTV telekanalının “Sən supersən!” beynəlxalq uşaq vokalçılar müsabiqəsində hamını heyran edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Xoşqədəm yarışmada "Buludlar" adlı mahnı ifa edib.

Balaca ifaçını dəstəkləmək üçün Emin Ağalarov da səhnəyə gəlib.

Qeyd edək ki, “Sən supersən!” layihəsində MDB ölkələrindən 92 uşaq iştirak edir. Musiqili şounun finalçıları uşaq “Yeni dalğa”sında (“Novoya volna”) iştirak edəcəklər və avtomatik olaraq uşaq “Avroviziya” yarışmasının seçim mərhələsinin finalına qatılacaqlar. NTV telekanalı isə müsabiqənin sonunda iştirakçıların əksəriyyətinin iştirakı ilə “ŞKİD Respublikası” müziklini səhnələşdirəcək və efirdə göstərəcək.

AzNews.az