Sinqapurda yerli sakin Nurul Beyker ev xidmətçisinin “içinə cin girdiyini” iddia edib. Sinqapurda yerli sakin Nurul Beyker ev xidmətçisinin “içinə cin girdiyini” iddia edib.

Zombiyə çevrilən ev xidmətçisi- VİDEO

Sinqapurda yerli sakin Nurul Beyker ev xidmətçisinin “içinə cin girdiyini” iddia edib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, öz sözlərinin sübutu kimi YouTube portalında video yerləşdirib. Görüntülərdə qadının bərəlmiş gözlərlə və qəribə əl hərəkətləri ilə evdə gəzdiyi görünür.

“Xidmətçim duşdan çıxanda şər onun üzərində hökmranlıq əldə edib. Xoşbəxtlikdən anam və uşaqlarım həmin vaxt evdə olmayıb”, -deyə Beyker qeyd edib.

Video sosial şəbəkə istifadəçiləri tərəfindən bir mənalı qarşılanmayıb. Əksəriyyət xidmətçinin yalandan belə davrandığını düşünüb. Hətta bir qisim insan qadının bu yolla işdən çıxmağa bəhanə axtardığını da iddia edib.

Sözügedən videonu təqdim edirik: