08:31
(077) 610-22-33

“Rəqs edən milyonçu” Bakıda - Video

  • >
6 694 6 May 2017 12:10 | Video

Rəqsi ilə bütün dünyada məşhur olan milyonçu Bakıda böyük maraqla qarşılandı

İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşan italiyalı Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı qismində paytaxtımıza gəlib.

AzNews.az "Publika.az"a istinadən xəbər verir ki, ticarət mərkəzlərinin birində instaqram fenomeni izdihamla qarşılaşıb.

Canluka Vakki bu gün Bakıda, "Elektra Hall"da çıxış edəcək.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

AzNews.az

Bağla X