Britaniyalı gənc balıqçı Avropanın ən böyük köpək balığını tutub. Britaniyalı gənc balıqçı Avropanın ən böyük köpək balığını tutub.

Avropanın ən böyük balığı - Video

Britaniyalı gənc balıqçı Avropanın ən böyük köpək balığını tutub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, balığın uzunluğu 7.5 metrə çatır. Onun çəkisi isə 680 kiloqramdır. Köpək balığını 26 yaşlı Bond adlı balıqçı tutub. Bond bildirib ki, o, balığı tutmaq üçün 1 saat vaxt sərf edib. Bu, Avropa sahillərində indiyə qədər ələ keçən ən böyük balıq hesab olunur. “Biz indiyə qədər belə nəhəng balıq görməmişik” – deyə gənclər qeyd ediblər. Rekordu rəsmiləşdirmək mümkün olmadığı üçün onlar köpək balığını yenidən suya buraxıblar.

Bəxtiyar Abbasov

AzNews.az