Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yumurta hücumuna məruz qalıb. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yumurta hücumuna məruz qalıb.

Saakaşvilini yumurta atəşinə tutdular - Video

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yumurta hücumuna məruz qalıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Krivoy Roq şəhərində Mixeil Saakaşvili yerli sakinlərlə söhbət edən zaman baş verib.

Naməlum şəxs ona yumurta və kimyəvi maddə atıb. Saakaşvili yumurtadan yayına bilib. Hücum edən şəxsi yerli sakinlər döyərək hadisə yerindən uzaqlaşdırıblar. Daha sonra polis onu həbs edib.

Saakaşvili ölkənin cənub-şərqində gedən döyüşlərdə ölən Ukrayna əsgərlərinin xatirə abidəsi qarşısında çıxış edib.

Saakaşvili Odesanın sabiq meri vəzifəsində çalışıb.

Bəxtiyar Abbasov

AzNews.az