17:14
(077) 610-22-33

İstanbulda 32 ilin ən yağıntılı günü - Video

  • >
3 367 18 İyul 14:34 | Video

Türkiyənin İstanbul şəhərində 32 ildə ilk dəfə rekord həddə yağış yağıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yağış suları şəhərin əksər bölgəsində nəqliyyatın hərəkətini iflic edib. Yüzlərlə evi, iş yerlərini və metro dayanacaqlarını su basıb. Ölkənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Əhməd Arslan İstanbulda yaşanan hava şəraitini “təbii fəlakət” adlandırıb.

Bəzi insanlar daşqınların əhatəsində qalıblar və xilas edilmək üçün gözləyirlər.

Ötən gün axşamdan başlayan leysan yağışları bu gün səhər saatlarında daha da güclənib. Lakin, meteoroloqlar yağıntılı hava şəraitinin axşama qədər davam edəcəyinə və yağışın daha da şiddətlənəcəyinə dair xəbərdarlıq ediblər.

Məlumata görə, 1 kvadrat metr sahəyə 250 litr yağıntı düşüb.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X